Kompüter kursları

Cisco kursları

"Stimul education&consulting" informasiya texnologiyaları sahəsində biliklərini artırmaq istəyənlər üçün CISCO kursları təqdim edir.

Dünyada şəbəkə sistemlərinin ən təhlükəsiz və güvənilir şəkildə idarə olunmasında istifadə olunan və bir sözlə şəbəkə sistemlərinin özəyinin 80% dən çoxunu təşkil edən Cisco şəbəkə avadanlıqlarıdır. Cisco sistemləri dünyada yüksək keyfiyyətinə və təhlükəsizliyinə görə seçilir.

Cisco Systems şirkətinin təqdim etdiyi CCNA sertifikatı Cisco şəbəkə texnologiyaları aləminə atılan ilk addımdır.

Cisco CCNA - kursları şəbəkə mühəndisləri və ya informasiya texnologiyaları ilə məşğul olan şəxslərə kiçik və orta ölcülü şirkətlərin şəbəkə arxitekturasını qurmağa və idarə etməyə imkan verir.

CCNA kursuna gələn tələbələr, komputer şəbəkələrində istifadə olunan naqillər, OSİ modeli, ip adresslər, Routing protokollar (RİP, EİGRP, OSPF) haqqında öyrənirlər. Cisco Router və switchlərin konfiqurasiya edilməsi, backup edilməsi və s. funksiyanallıqlarını həm öyrənir həm də praktiki cəhətdən tətbiq edirlər. Yeni IPV6 texnologiyası ilə tanış olur, öyrənir və öz tapşırıqlarında bunu tətbiq edirlər. 

Təlim müddəti: 3 ay – 48 saat
Həftədə: 4 saat

Cisco - nun aşağıdakı kurslarını təklif edirik.

CCNA – Cisco Certified Network Associate
CCNA – (Cisco Certified Network Associate) Security
CCNP – Cisco Certified Network Professional
CİSCO İP Routing tətbiqi
CİSCO Switched Networks tətbiqi
Troubleshooting and Maintaining CİSCO İP Networks
CİSCO Catalyst 6500 Advanced Switched Networks (CACSN)
CİSCO ACA ilə VPN - nin həyata keçirilməsi
Deploying CİSCO ASA Firewall Solutions