Kompüter kursları

Microsoft Access kursu

STİMUL təchizat şöbəsinin əməkdaşlarını, Microsoft Access proqramının istifadəsi vacib olan peşələrdə çalışan və ya çalışmaq istəyənləri kurslarımızda iştiraka dəvət edir.

Microsoft Access - verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş proqramdır. O, müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir.

Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir.

 

Proqramın davametmə müddəti 2 ay və ya 24 saatdır. Dərslərimiz fərdi və kiçik qruplarda olmaqla həftədə 3 dəfə, hər dərs 1 saat və ya həftədə 2 dəfə, hər dərs 1.5 saat tədris olunur.

Müəllimlərimiz bu sahənin peşəkar mütəxəssisləridir. Dərslərimizi ödənişsiz olaraq izləyə bilərsiz.