Kompüter kursları

Professional Microsoft Excel kursu

STİMUL mühasibləri, auditorları, menecerləri, bir sözlə Excel biliyinə ehtiyyacı olan bütün peşə sahiblərini Professional Microsoft Excel kurslarına dəvət edir.

Professional Microsoft EXCEL kursuna proqramla bağlı ilkin anlayışları olanlar qəbul olunur. 

Kurs iştirakçılarına ilkin funksiyalarla yanaşı Məntiqi funksiyalar, Mətn funksiyaları, Axtarış funksiyaları, Riyazi funksiyalar, Statistik funksiyalar və digər vacib funskiyaları mükəmməl səviyyədə tədris olunacaq. Həmçinin Diaqramlar və onlardan istifadə ilə yanaşı Page Layout, Insert, “Data Validation”, Options, Review, View, Developer və digər ümumi menyulardan doğru istifadə geniş şəkildə izah olunacaq.

Proqramın davametmə müddəti 2 ay və ya 24 saatdır. Dərslər həftədə 2 dəfə, hər dərs 1 saat yarım olmaqla fərdi və qrupda tədris olunur.

Proqramın yekununda imtahandan uğurla keçən hər bir iştirakçıya sertifikat təqdim olunur.

Proqramın tədris keyfiyyətindən əmin olmanız üçün ödəniş etmədən dərslərimizi izləyə bilərsiz.