Xaricdə Təhsil

Sertifikat kursları

Amerikada Sertifikat Kursları

Sertifikat Programları tələbələrə Amerikanın qabaqcıl şirkətlərində təcrübə keçmək imkanı təqdim edir. Bu tədqirdə aldığınız təhsili real iş dünyasında və daha ciddi bir mühitdə təcrübədən keçirə bilərsiniz. Üstəlik 9 aylıq proqrama qeydiyyatdan keçsəniz, Amerikada, qanuni olaraq bir il maaşlı iş icazəsinə sahib ola bilərsiniz. Bu zaman həm keyfiyyətli məktəblərdə bir il təhsil almış olursunuz, həm də Amerikada bir il iş təcrübəsi əldə edib, möhtəşəm bir CV ilə ölkənizə geri qayıdırsınız.

Proqram Variantları:

1. Business Administration
2. International Business
3. International Business Operations and Management
4. TEFL-Teaching English as a Foreign Language
5. Marketing
6. International Marketing

Kanadada Sertifikat Kursları

Kanadada sertifikat proqramları olduqca məşhurdur. Vankuver bölgəsi xüsusilə turizm sahəsində,  Toronto bölgəsi isə IT və Menecment sahəsində təhsil verən müxtəlif sertifikat proqramları təqdim edir. Hər iki bölgədə də menecment, marketinq, ticarət sahəsində sertifikat və diplom proqramları təklif edən məktəblər mövcuddur.

Avstraliyada Sertifikat Kursları

Avstraliyada sertifikat proqramları əksəriyyətlə özəl biznes kollecləri və TAFE adlandırılan iki illik peşə məktəbləri tərəfindən keçirilir. Bir çox məktəblərdə sertifikat proqramları standart bir program şəklindədir. Adətən 10 və ya 12 həftə davam edən və Certificate 2 olaraq adlandırılan dövrü 20-24 həftəlik certificate 3;  40 həftəlik Certificate 4; 60 həftəlik Diplom və 80 həftəlik Advanced Diplom programları təşkil edir. Avstraliyada keçirilən ən məşhur diplom proqramları turizm, IT və menecment sahəsindədir. Üstəlik  TAFE programları çərçivəsində müxtəlif  peşə sertifikat sahələri də tapmaq mümkündür. Tələbələrin sertifikat programaları üçün viza müraciətlərində 5.5 IELTS göstəricisinə sahib olmaları lazımdır.