TOEFL, IELTS, SAT, GMAT

TÖMƏR / TYS kursları

TYS (Türkçe Yeterlik Sınavı)  - Türkcəni xarici dil olaraq öyrənənlərin dil biliklərinin yoxlanılması və bilik səviyyəsini təsdiq etmək üçün Yunus Emre İnstitutu tərəfindən işlənib hazırlanmış qiymətləndirmə sistemidir.

Türkiyə Universitetlərinə qəbul üçün müraciət edən tələbələr və qısaca Türk dili bacarıqlarını sənədləşdirmək istəyən hər kəs Türkcə Yetərlilik İmtahanına (TYS'yə) girə bilər.

Beynəlxalq standartlara uyğun olaraq hazırlanan Türkcə Yetərlilik İmtahanı "Oxuma, Dinləmə, Yazma və Danışma (Müstəqil Danışıq, Qarşılıqlı Danışıq)" hissələrindən ibarətdir. İmtahanı müvəffəqiyyətlə verən şəxslərə “Türkce Yeterlilik Belgesi” verilir.

TYS imtahanı: oxuma 40, dinləmə 30, yazma 2, müstəqil danışma 1, qarşılıqlı danışma 7  sual olmaq üzrə cəmi 80 sualdan ibarətdir.

TÖMƏR/TYS - 6 səviyyədən ibarətdir.

A1 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)
A2 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)
B1 – Başarılı – (Bu nəticəni bəzi universitetlər qəbul edir)
B2 – Başarılı – (Bu nəticəni birçox universitetlər qəbul edir)
C1 – Başarılı – (Bu nəticəni demək olarki 95% universitetlər qəbul edir)
C2 -Başarılı – (Bu nəticə tamami ilə keçərlidir)

TYS imtahanı ildə 3 dəfə olmaqla Yanvar, May və Sentyabr aylarında keçirilir.