İxtisasartırmalar - Təlimlər

HR (İnsan Resursları)

HR - (Human Resources) - İnsan Resurslarının İdarə olunması təlimi

Təlimin dili: Azərbaycan dili
Müddəti: 28 saat və ya 1 ay yarım
Proqramın ödənişi: 250 AZN
Qrupun tərkibi: 4-6 nəfər

Dərslər fərdi və kiçik qruplarda tədris olunur. Fərdi dərslər zamanı dərslərin başlama vaxtını qarşılıqlı razılıq əsasında müəyyənləşdirmək mümkündür.

Təlimçi: Sevinc Qarakışıyeva (HR Menecment üzrə ekspert, HR Menecer)

Sevinc xanımın İnsan Resursları Menecmenti sahəsində 15 ildən artıq iş təcrübəsi var. Hazırda Neft sektorunda fəaliyyət göstərən şirkətlərindən birində HR Menecer olaraq çalışır. İnsan Resursları sahəsində təlimçi və konsultantdır, ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 üzrə ixtisaslı mütəxəssisdir.

Təlim Kadrlar şöbəsində işləyən şəxslərlə yanaşı həmçinin gələcəkdə bu sahədə işləmək istəyənlər və kadr işi üzrə təcrübəsini daha da təkmilləşdirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

"HR – İnsan Resursları" təliminin tədris PROQRAMI

 

S/S

 Mövzu

1.

 Mövzu 1: İnsan Resursları və onların idarə edilməsinin rolu.

  • Mövzuya giriş
  • İnsan Resursları nədir?
  • HRM üçün zəruri olan qabiliyyət və bacarıqlar. İşçilər bizdən nə gözləyir?
  • HRM bugün.
  • Mövzuya aid keysin araşdırılması.

2.

 Mövzu 2: Strateji HR planlamanın həyata keçirilməsi.

  • Mövzuya aid ümumi məlumat
  • Strateji planlama.
  • HRM planının yazılması.
  • HRM planlama üçün ipucları.
  • KPİ (əsas fəaliyyət göstəriciləri).
  • Mövzuya aid keysin araşdırılması.

3.

 Mövzu 3: İş yerlərində müxtəliflik və multikulturalizm anlayışı.

  • Mövzuya aid ümumi məlumat
  • Xarakter və yaş müxtəliflikləri. XYZ nəsil nəzəriyyəsi.
  • İş yerlərində ayrı-seçkiliyin idarə olunması.
  • İş yerlərində qısnamaların idarə olunması.
  • Bu sahədə qanunvericiliyin tələbləri.
  • Mövzuya aid keysin araşdırılması.

4.

 Mövzu 4: Rekruting.

  • Mövzuya aid ümumi məlumat.
  • Rekruting prosesi.
  • Qanunvericilik və rekrutinq.
  • Rekrutinq strategiyaları.
  • Mövzuya aid keysin araşdırılması.

5.

Mövzu 5: Namizədlərin seçimi və işə qəbulu.

  • Mövzuya aid ümumi məlumat.
  • Seçim prosesi.
  • Vəzifə (peşə) üçün tələb edilən kriteriyaların müəyyənləşdirilməsi və rezumelerin (CV-lərin) araşdırılması.
  • İntervyuların (müsahibələrin) həyata keçirilməsi.
  • İntervyuların (müsahibələrin) növləri və mərhələləri.
  • İşə qəbul testlərinin hazırlanması və keçirilməsi.
  • İş təklifi (Job offer).
  • Yeni işçilərin istiqamətləndirilməsi və adaptasiyası prosesinin tənzimlənməsi. Yeni işçilər üçün həftəlik və aylıq çek-listlər.
  • Mövzuya aid keysin araşdırılması

6.

Mövzu 6: Əmək haqqı, mükafat və müavinətlərin verilməsi.

  • Mövzuya aid ümumi məlumat
  • Hər bir vəzifə (peşə) üçün əmək haqqlarının müəyyən edilmə qaydaları.
  • Peşə və vəzifələrə uyğun əmək haqqı paketinin hazırlanması.
  • Əməyin ödənilməsi sistemi. Əmək haqqına təsir edən daxili və xarici faktorlar.
  • Mükafatlandırma.
  • Müavinətlər. İşəgötürən tərəfindən təmin edilən müavinətlər.
  • Dövlət tərəfindən təmin edilən müavinətlər (sosial və icbari sığortalar, işsizlik sığortası və s.).
  • Mövzuya aid keysin araşdırılması

7.

 Mövzu 7: İşçilərin işdə saxlanması və motivasiyası (Retention and Motivation).

  • Mövzuya aid ümumi məlumat
  • İşçilərin hərəkətliliyinə görə şirkət tərəfindən çəkilən xərclər.
  • İşçilərin işdə saxlanması planları.
  • İşçilərin işdə saxlanması strategiyalarının tətbiqi.
  • Mövzuya aid keysin araşdırılması.

8.

 Mövzu 8: Təlim və İnkişaf

  • Mövzuya aid ümumi məlumat
  • İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi.
  • Təlimin növləri. Kolbsun öyrənmə metodu. Kirkpatrick metodu.
  • Təlim proqramının hazırlanması.
  • Təlimdən əvvəl və təlimdən sonra biliklərin yoxlanılması.
  • Mövzuya aid keysin araşdırılması.

9.

Mövzu 9: İşçilər arası əlaqənin qurulması

  • Mövzuya aid ümumi məlumat.
  • Əlaqə strategiyaları.
  • İdarəetmə üsulları.
  • Mövzuya aid keysin araşdırılması.

10.

 Mövzu 10: İşçilərin fəaliyyətinin idarə olunması

  • Mövzuya aid ümumi məlumat.
  • İşçilərin fəaliyyətinin idarə edilməsi yolları.
  • İşçilərin hüquqları.
  • Mövzuya aid keysin araşdırılması

11.

 Mövzu 11: İşçilərin fəaliyyətinin qiymətləndirilməsi və mükafatlandırma/ cəzalandırma sistemlərinin qurulması.

  • Mövzuya aid ümumi məlumat
  • Fəaliyyətin qiymətləndirilməsi sistemləri.
  • Qiymətləndirmə metodları.
  • İşçilərin qiymətləndirilməsinin həyata keçirilməsi.
  • Mükafatlandırma və cəzalandırma.
  • Mövzuya aid keysin araşdırılması

12.

Mövzu 12: Konfliktlərin idarə edilməsi.

  • Mövzuya aid ümumi məlumat
  • İşçi-İşçi, İşçi-Rəhbər, Rəhbər-İşçi konfliktlərinin həlli.
  • Konfliktlərin idarə edilməsinə Tomas-Kilmann yanaşması.
  • Nəsillər arası fərqlər. Yaş amilinə görə meydana gələn konfliktlərin həlli qaydaları.
  • Kollektiv danışıqlar.
  • Kollektiv və fərdi mübahisələr.
  • Mövzuya aid keysin araşdırılması

13.

Mövzu 13: Əməyin təhlükəsizliyi və sağlamlıq

  • Mövzuya aid ümumi məlumat
  • Əməyin Təhlükəsizliyi və sağlamlıqla əlaqədar qanunvericilik.
  • İş yerlərində baş verə biləcək qəzalar.
  • Mövzuya aid keysin araşdırılması

14.

 Mövzu 14: İşçilərin işdən azad edilməsi.

  • Mövzuya aid ümumi məlumat
  • İşçilərin işdən işəgötürənin təşəbbüsü ilə azad edilməsi zamanı görülən tədbirlər.
  • İşçinin öz təşəbbüsü ilə işdən azad olunduğu zaman həyata keçirilən proseslər. İşdən çıxış səbəblərinin araşdırılması.
  • İşçilərin işdən azad edilməsi prosesinin tənzimlənməsi.
  • İşdən çıxış müsahibələrinin təşkil edilməsi. Sənədləşdirmə.

Təlim hər dərs 2 saat olmaqla 14 dərsdən ibarətdir. Minimum 4-6 nəfərlik qruplarla tədris edilir. Mövzuların izahından sonra qruplar arası keys analizləri, video çarxlara baxışlar həyata keçirilir. Hər mövzu üçün ayrıca prezentasiya təqdim edilir. 

SİZƏ ZƏNG EDƏK