Xəbərlər və Tədbirlər

Azərbaycanda ilk dəfə CIEH təşkilatının rəsmi lisenziyalı Tərəfdaşı və Membership statusuna layiq görüldük

09.03.2018

STİMUL Education & Consulting SƏTƏM (HSE) üzrə təlimlərinin təşkili ilə əlaqədar Beynəlxalq CİEH - Chartered Institute of Environmental Health təşkilatı tərəfindən 06.03.2018-ci il tarixində Azərbaycan Respublikasında rəsmi lisenziyalı tərəfdaşı və Membership statusuna layiq görülmüşdür. Bu əməkdaşlıq çərçivəsində Occupational Health and Safety lisenziyası əldə edərək Level 1, Level 2 və Level 3 təlimlərin təşkilini həyata keçirəcəyik. Artıq bizim SƏTƏM üzrə tələbələrimizin yekun sertifikatları CİEH London ofisi tərəfindən göndəriləcək və bütün dünyada keçərli olan Beynəlxalq statusa malik olacaq. Həmçinin təlimçilərimiz də CİEH tərəfindən Beynəlxalq "membership trainer" statusu ilə təltif olunmuşdur.

Təqdim etdiyimiz xidmətlərin keyfiyyətinə hər zaman önəm vermişik. Məhs bu səbəbdən də hər hansı bir yeni xidmət təklif edərkən ilk öncə müştərilərimizi düşünürük ki, bu xidmətimizdən istifadə etdikdən sonra yekun olaraq müştərimizin əldə etdiyi bilik və bacarıqlar Beynəlxalq standartlara uyğunluğu bizim tərəfimizdən nə dərəcədə təmin olundu, əldə etdiyi sertifikat müştərimiz üçün hansı üstünlüklər yaratdı, kurslarımızda əldə etdiyi biliklər kurs iştirakçısının ölkə daxilində və xaricində fəaliyyəti zamanı onu digər şəxslərdən bir addım öndə olmalarına nə dərəcədə töhvə verdi?

Yuxarıda sadalanan bütün keyfiyyətləri bir yerə topladıq və indi əminliklə sizə təqdim edirik. Buyurun, siz də Beynəlxalq sertifikatlı SƏTƏM təlimlərimizdən faydalanın, sertifikatınız Londondan gəlsin.

CIEH haqqında daha ətraflı məlumat üçün: https://www.cieh.org/about_us/history.html