Xəbərlər və Tədbirlər

Məktəbəqədər hazırlıq - 4-6 yaşlı uşaqlar üçün

19.08.2019

STİMUL 4-6 yaşlı uşaqlar üçün həm azərbaycan, həm də rus bölməsinə Məktəbəqədər hazırlıq kurslarına 2019 - 2020-ci tədris ili üçün qeydiyyat elan edir.

Dərslər kiçik qrupla (2-5 nəfər) və ya fərdi şəkildə keçirilir.

Kursun proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil planına tam uyğundur.

Proqrama daxildir:

• Riyaziyyat
• Məntiq
• Nitq inkişafı
• Ana dili
• Ətraf mühit 
• Rəsm
• Hərəki bacarıqlar (davranış qaydaları)
• İngilis dili
• Rus dili
• Əyləncəli oyunlar 
• Əmək vərdişlərinin aşılanması

Bu proqram uşaqlarda ilkin dünya görüşü, riyazi-məntiqi təfəkkürün, oxu və yazı bacarıqlarının formalaşdırılması ilə yanaşı gələcəkdə məktəb dərslərini daha yaxşı mənimsəmələrinə yardım edəcək. Kursdakı məşğələlər uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla müasir təhsil metodlarına əsasən keçirilir.